DÜNYA İSTEHSALI | SOLGAR — сайт в Азербайджане
QIZIL STANDART DÜNYA İSTEHSALI SOLGAR ŞİRKƏTİNİN FƏLSƏFƏSİ TARİXÇƏMİZ Əlaqə məlumatları

KEYFİYYƏT HƏR ZAMAN SOLGAR ŞİRKƏTİ ÜÇÜN APARICI İSTİQAMƏT OLMUŞDUR.

Qida əlavələri sənayesində keyfiyyətə kompleks nəzarət üzrə qüsursuz qurğular sayəsində keyfiyyət zəmanət altındadır.
Yalnız sınaqdan keçirilmiş ən yaxşı təchizatçılar tərəfindən tədarük edilən yüksək keyfiyyətli xammal SOLGAR laboratoriyasına daxil olduqda, təkrar yoxlamaya məruz qalır.
Keyfiyyətə nəzarətin nəticələri əldə edilməyənədək xammal istehsalata buraxılmır.

Xammalın keyfiyyətinə, təmizliyinə nəzarət etmək üçün seriyalı istehsala daxil olmazdan əvvəl xammal tam spektral, mikrobioloji və kimyəvi analizlərdən keçirilir, bu zaman yüksək effektivliyə malik olan maye xromotoqrafiya metodundan istifadə edilir.
Xammal təyin edilmiş keyfiyyət meyarlarına uyğun olduqda, sonrakı istehsalata buraxılır, xammalın keyfiyyətində uyğunsuzluq aşkar edildikdə, istehsalata buraxılmır və geri qaytarılır.

Keyfiyyətli məhsulların istehsalı böyük maliyyə və zaman resurslarının qoyuluşunu tələb edir. SOLGAR şirkəti bilir ki, istehlakçını məmnun etməyin yeganə yolu məhsulların keyfiyyətidir.
Xammalın seçimindən başlayaraq hazır məhsulların vitrinlərə çıxarılmasına qədər SOLGAR məhsullarının keçdiyi hər bir mərhələ mükəmməlliyin qızıl standartlarına uyğun olmalıdır.
Nəticədə SOLGAR şirkətinin istehsalat prosesi mümkün olan maksimum 12 həftəyə çatır ki, bu da qida əlavələri sənayesində ən uzun istehsalat prosesidir.