Keyfiyyətli xammal
SOLGAR şirkəti bütün dünyada ən yaxşı təbii xammal təchizatçılarını onların çoxillik təcrübəsinə əsasən seçir. SOLGAR şirkəti tədarük edilən xammalın orijinallığından və keyfiyyətindən əmin olmaq üçün təchizatçılardan analiz sertifikatlarını tələb edir.
Elmi-tədqiqat mərkəzi
SOLGAR şirkətinin alimlər komandası yeni maddələrin axtarışı, elmi məqalələrin və aktual tədqiqatların icmalı ilə fəal şəkildə məşğul olur. SOLGAR şirkəti elmi tədqiqatların ayrılmaz bir hissəsidir.
Keyfiyyətə nəzarət
Şirkətin keyfiyyət laboratoriyası 130-dan çox nəzarət sınağı keçirərək, istehsalın başlanğıc mərhələlərində, ortasında və hazır məhsulun əldə edilməsi mərhələsində kompleks tədqiqatlar aparır. SOLGAR laboratoriyası – məhsullara SOLGAR şirkətinin qızıl etiketini “daşımaq” hüququ verən sonuncu instansiyadır.
Suyun təmizlənməsi üçün ən yeni sistem
SOLGAR şirkəti suyun təmizlənməsi üçün əks osmos prinsipi üzrə fəaliyyət göstərən ən yeni sistemdən istifadə edir ki, bu da suyun ən yüksək dərəcədə təmizlənməsinə nail olmağa imkan verir.
Müasir havalandırma sistemi
İstehsalat otaqlarında dövr edən bütün hava çoxsaylı HEPA süzgəclərdən keçir, havada olan hissəciklərin 99,9%-i həmin süzgəclər tərəfindən saxlanılır.
Təmizlik
Hər bir partiyanın istehsalından sonra avadanlıq tam olaraq detallara qədər sökülür və qoruyucu xüsusiyyətə malik olan, ətraf mühitə ziyan vurmayan təbii yuyucu vasitələrlə dezinfeksiya olunur.
KOSHER sertifikatı
SOLGAR şirkəti – bəzi məhsulları üçün “KOSHER” sertifikatı alan ilk şirkətdir.
Halal sertifikatı
SOLGAR şirkəti bəzi məhsulları üçün “HALAL” sertifikatına malikdir.
Vegetarian kapsulları
SOLGAR şirkəti – vegetarian kapsullarından istifadə edən ilk şirkətlərdən biridir.
Potensial allergenlərin olmaması
SOLGAR şirkəti Qızıl standarta™ uyğun olaraq, məhsullara şəkərin, duzun, qlütenin, süd komponentlərinin əlavə edilməsinə yol vermir. SOLGAR şirkətinin məhsullarının tərkibində süni boyaq maddələri və aromatizatorlar, GMO və digər potensial allergenlər yoxdur.
Premium qablaşma
SOLGAR şirkətinin məhsulları tünd rəngli şüşə flakonlara qablaşdırılır, bu qablaşma məhsulları temperatur dəyişmələrindən, işıqdan və rütubətdən ən yaxşı şəkildə qoruyur. Şüşə flakonları ikinci dəfə emal etmək mümkündür