Ən mühüm və əvəzedilməyən nutrientlərdən biriləri – omeqa-3 çoxlu doymamış yağ turşuları (ÇDYT). Genetik lotereyada sizə hansı bilet düşməsindən asılı olmayaraq immuniteti gücləndirən, yaşa bağlı olan dəyişikliklərə qarşı mübarizə aparan, dəri və saçın vəziyyətindən məsuliyyət daşıyan məhz bunlar. Qidimizdə biz yüksək keyfiyyətli Omeqa-3 məhsulunu seçməkdən danışırıq:
1. Satınalma yeri
Orjinallıq, keyfiyyət və təhlükəsizlik üçün bütün lazımi sınaq mərhələlərindən keçmiş, qeydiyyatdan keçmiş məhsulu ala biləcəyinizə zəmanət verildiyi apteklərə üstünlük verin. Bundan əlavə, bioloji aktiv maddələrin saxlanması və daşınması şərtləri mühüm aspektdir, bu da onların effektivliyinə və ən əsası, təhlükəsizliyinə birbaşa təsir göstərir.
2. İstehsal edən
Öz tarixi olan, artıq bazarda özünü təsdiq etmiş şirkəti seçmək vacibdir. Tələbat artdıqca parlaq reklam qablaşdırmasında keyfiyyətsiz xammaldan və uyğun olmayan şəraitdə məhsulu istehsal edən vicdansız istehsalçıların təklifi də artır.
3. Etiketi düzgün oxuyaq
Lazımi nəticəni əldə etmək üçün 1 kapsulda maksimum miqdarda omeqa-3 almalıyıq. Etiketdə konsentrasiya işarəsini axtarın. Tərkibindəki balıq yağının miqdarı deyil, məhz konsentrasiyası vacibdir. Bu məlumatların görünmədiyi nutrientlər keyfiyyət standartlarına uyğun gəlmir.
Bu gün gündəlik qəbul üçün optimal konsentrasiya 950 mq hesab olunur, məhz bu Solgar’dan Üçlü Omega-3 950 mq’nin hər bir kapsulunda olan konsentrasiyadır.
4. Xammal
Qeyd etmək lazımdır ki, balıq yetişdirmə üsulu faydalı turşuların konsentrasiyasına birbaşa təsir göstərir. Omeqa-6’ya meylli qarışıq yemlə qidalanan əkinçilik balıqlarından fərqli olaraq, təbii şəraitdə qidalanan yağlı növlü vəhşi dərin su balıqları daha çox omeqa-3 sintez edir və qəbul edir.
5. Xammalının təmizlənməsi
Vəhşi balığa üstünlük verərkən, dənizlər və okeanlarımızın vəziyyətini nəzərə alaraq ağır metalların və digər çirklənmələrin mümkün yığılmasını unutmamalıyıq. Molekulyar distilləşdirmə məhsulu zərərsizləşdirmək və faydalı yağ turşularının qeyri-sabitliyini nəzərə alaraq bunları bütünlüyüylə saxlamaq üçün etibarlı bir üsuldur.
6. Əldə etmə yolu
Dərin su balıqlarının yumuşaq toxumalarında (filesinde) təbii olaraq qığırdaq, sümük və üzgəclərdən daha çox omeqa-3 var. Yüksək keyfiyyətli omeqa əldə etmək üçün soyuq presləmə üsulundan istifadə etməklə aktiv maddələri saxlamaq və aktivliyini itirməmək mümkün.
7. Acılaşmadan qorumaq
E vitamini kimi təbii antioksidanlar mütləq tərkibində olmalıdır. Bu faydalı maddələrin qorunmasını və məhsulu qəbul etmənin təhlükəsizliyini təmin edir.
8. Qablaşdırma
Ən yaxşı variantlardan biri işıqdan zədələnmədən qorunmayı təmin edən tünd rəngli şüşədir. Bu aktiv maddələrə təsir etməyən inert bir materialdır. Bundan əlavə, şüşə təkrar emal edilə bilər, bu da şüurlu istehlakçılar üçün vacibdir.
Solgar kompaniyası müxtəlif həyat vəziyyətlərini həll etmək üçün nəzərdə tutulan omeqa-3 məhsullar çeşidini 77 ildən çoxdur ki istehsal edir:
Üçlü omeqa-3 950 mq‘da 950 mq omeqa-3 ÇDYT var, bu yalnız bir kapsul qəbul edərək istənilən vəziyyətdə EPA və DHA ilə problemi demək olar ki, tamamilə bağlamağa imkan verir.
İkili omeqa 700 mq – günlük qəbuldə cəmi 1400 mq həmçinin soyuq presləmə yolu ilə əldə edilən omeqa-3 ÇDYT ehtiva edən məhsuldur. Faydalı yağ turşularının köməyi ilə pis xolesterin səviyyəsini düzəltməyə ehtiyacı olanlar üçün uyğundur.
Omeqa 3-6-9 yağ turşularının kompleksi — rasionunda nədənsə çox az balıq və bitki yağları olanlar üçün əsasdır.





