Sağlamlığına və gözəlliyinə diqqət yetirən hər bir qadın bilir: tək krem dəriyi cavanlaşdıra bilməz və yaxşı şampun saç böyüməsini və qidalanmasını təmin edən nutrientləri əvəz edəməz.
Bədəndəki müəyyən qida maddələrinin balansı strukturun saxlanmasına kömək edir, mikrosirkulyasiya və oksidləşmə proseslərinə təsir edir, dərinin reaktivliyinin (qıcıqlanma meylinin) və vaxtından əvvəl qocalmasının, saç tökülməsinin, dırnaqların kövrəkləşməsinin qarşısını alır.
Bu yazıda biz dırnaqlar, saçlar və dərinin sağlamlığını qorumaq üçün hansı elementlərin lazım olduğunu və onların çatışmazlığından necə qaçına biləcəyimizi ətraflı nəzərdən keçirəcəyik.
Gözəllik və ümumi sağlamlıq
Kövrək saç ucları və ya dəri səpgiləri – görünüşümüzün bu cür situativlik “şıltaqlıqlarını” aşkar etdikdə biz nə edirik?
Tez-tez biz sadəcə pis şampun/krem və ya suyun keyfiyyətsizliyin günahlandırırıq. Bu cür xarici amillər həqiqətən dəri və saçların vəziyyətinə təsir göstərə bilirlər, lakin bu vəziyyətdə biraz müşahidə etməmiz və özümüzə bir neçə sual verməmiz daha yaxşı:
1. Həyatımda stress çoxmu var? Ən son xüsusilə stressli dövr nə vaxt olub?
Saç böyümə fazalarının xüsusiyyətləri ilə əlaqədar olaraq həddindən artıq saç tökülməsi stressli epizoddan yalnız bir neçə ay sonra müşahidə olunur.
2. Bu yaxınlarda mənim qida rasionum dəyişdimi? O kifayət qədər müxtəlifdirmi?
3. Dərim/saçım/dırnaqlarımda nə qədər tez-tez və nə qədər uzun müddətə dəyişiklikləri müşahidə edirəm?
Sızanaq və saç tökülməsi kimi bəzi əlamətlər mövsümi və dövri xarakter daşıyır. Bu aspektlərə diqqət yetirməniz bədəninizin ehtiyaclarını daha yaxşı başa düşməyə və onları vaxtında qarşılamağa kömək edir.
Dəri üçün hansı nutrientlər lazımdır?
Dəriyə yetərsiz ola bilən əsas qida maddələrindən bəziləri bunlardır:
C vitamini — təkcə toxunulmazlıq üçün deyil! Güclü antioksidantdır, öz kollagenin istehsalında iştirak edir və dəridəki kapilyarların divarlarını gücləndirir. C vitamininin çatışmazlığı səbəbindən dəri daha tez qocalır, mikrosirkulyasiyası pozulur, qırışlar və hiperpiqmentasiya yaranır.
Sink — yağ bezlərinin tənzimlənməsi üçün vacib elementdir, ona görə də çatışmazlığı olduqda dəri sızanaqlara meylli olur.
Mis: Bu mineralın çatışmazlığı dərinin elastikliyini və hamarlığını azaldır. Bunun səbəbi kollagen və elastinin sintezində misin roludur.
E vitamini. E vitamini nə qədər az olsa, dəri bir o qədər quruluğa və fotoyaşlanmaya meyllidir.
A vitamini toxumaların sağalmasına və dərinin sağlam saxlanmasına kömək edir. Tez-tez bu maddənin çatışmazlığı nəticəsində dəri quruluğu, soyulması, follikulların keratinləşməsi inkişaf edir.
Bu qida maddələrinin çatışmazlığı quruluğa, soyulmaya, iltihaba, elastikliyin itirilməsinə və digər dəri qüsurlarına səbəb ola bilir.
Güçlü ipək saçlar üçün komponentlər
Saçlar da dəri kimi müxtəlif maddələrdən məhrum ola bilir, bu da zəifləməyə və sağlamlığın itirilməsinə səbəb ola bilər. Şiddətli çatışmazlıqda hətta qidalandırıcı maskalar da saç tökülməsindən qoruya bilməz. Gəlin bu maddələrin adlarını deyək!
Kükürd keratinin istehsalında iştirak edir, buna görə də bu mineralın çatışmazlığı saçın bütün uzunluğu boyunca donuqluq və kövrəklik, o cümlədən kövrək saç ucları ilə göstərilir.
Aminturşular: saç şaftının tikinti materialı olan keratin üçün “kərpicciklər”. Lizin, prolin, sistein, metionin kimi aminturşuların çatışmazlığı saçın mexaniki gücünün və elastikliyinin itirilməsinə, saç follikulunun zəifləməsinə, daha sonra da saç tökülməsinə gətirə bilir.
Sink: bu element saç follikulunun böyüməsi və tamqiymətli formalaşması üçün vacibdir. Kəpək və saç tökülməsi isə bu maddənin şiddətli çatışmazlığını göstərə bilər.
Mis. Uzayan saçlarınızda aktiv bozlaşma və ya daha solğun bir rəng görmüsünüz? Bu, melaninin məhdud istehsalına görə mis çatışmazlığından qaynaqlana bilir.
Dəmir oksigenin ağciyərlərdən bütün toxumalara, o cümlədən baş dərisinə daşınmasını təmin edir. Kifayət qədər dəmir olmadıqda, saç follikullarının tədarükü pozulur. Bu, saçların daha yavaş böyüməsinə və güclü tökülməsinə səbəb olur. Qadınlar üçün aylıq qan itkisi ilə əlaqədar bu mineralın səviyyəsini izləmək xüsusilə vacibdir.
Güclü dırnaqların onlara ehtiyacı var!
Sink dırnaq quruluşunun şəkillənməsində iştirak edir, qat-qat ayrılması və ağ ləkələri olmayan hamar bir dırnaq boşqabının böyüməsi üçün lazımdır.
B qrupu vitaminləri. Niasin və biotin çatışmazlığı dırnaqların kövrəkliyinə birbaşa təsir edir.
Kalsium. Kalsium bədəndən sürətlə yuyulduqda dırnaqlar zəifləyir və qat-qat ayrılmağa meyilli olur.
Qida maddələrinin çatışmazlığı tez-tez dırnaqlara düzgün qulluq edilməməsi, eləcə də mexaniki zədələr və məişət kimyəvi maddələrlə təmas ilə müşayiət olunur. Bunun nəticəsində dırnaqların bərpası daha çox vaxt və əmək tələb edir.
Çatışmazlıqdan necə qaçınmaq olar?
Bütün lazımi bəsləyici maddələrlə zəngin müxtəlif və balanslaşdırılmış qidalanma həm kişilər, həm qadınlar üçün dırnaqların, saçların və dərinin sağlamlığının açarıdır. Lazım gələrsə, gözəlliyinizi içəridən dəstəkləməyə kömək edəcək nutrientlərin komplekslərini də qəbul edə bilərsiniz. Belə məhsullardan biri də C vitamini, sink, mis, L-lizin və L-prolin əlavə edilmiş üzvi kükürd (OptiMSM) əsasındakı SOLGAR-dan “Dəri, dırnaqlar, saçlar“dır.
Məhsulun komponentləri kollagen və keratinin istehsalına kömək edir və antioksidantlıq dəstək verir. Bunun sayəsində dırnaqlar mexaniki zədələrə, saçlar isə saç tökülməsinə və nəm itkisinə daha davamlı olur, dəri elastikliyini və təbii parlaqlığını saxlayır.



