BU QIŞ SINAMAQ İSTƏYƏCƏYİNİZ ALTI VİTAMIN | SOLGAR — сайт в Азербайджане

BU QIŞ SINAMAQ İSTƏYƏCƏYİNİZ ALTI VİTAMIN

4dəqiqəoxudu

Qış — təkcə qarderobunuzu dəyişmək deyil. Qış — adət etdiyiniz vitamin dəstinizi yeniləməyin vaxtıdır.

 

Fəsil dəyişir — orqanizmin ehtiyacları da dəyişir: immun sisteminiz zəifləyir, dəriniz quruyur, enerji ehtiyatınız azalır və hətta oynaqlarınız belə zaman-zaman özünü xatırlada bilər.

 

Bu məqalədə sizin üçün qışda sağlamlığınızı dəstəkləyə və rifahınızı yaxşılaşdıra biləcək vitamin və əlavələrin tam siyahısını tərtib etdik.

 

İmmuniteti dəstəkləyən vitaminlər

 

1. C vitamini

 

İmmunitetinizi dəstəkləmək üçün vitaminlər axtarırsınızsa, yəqin ki, ağlınıza gələn ilk şey — C vitaminidir. Və bu əbəs deyil!

 

C vitamini zərərli sərbəst radikalları zərərsizləşdirə bilən güclü bir antioksidandır. Bundan əlavə, C vitamini sağlam immun sisteminin vacib komponenti — ağ qan hüceyrələrinin funksiyasını təşviq edir.

 

Bir çox məhsullar, xüsusən də meyvə və tərəvəzlər C vitamini ilə zəngindir. Bununla belə, C vitamininin gündəlik dozasını almanızı təmin etməyin ən asan yolu — onu əlavə şəklində qəbul etməkdir.

 

ESTER-C

Ester-С® — bu, C vitaminidir, lakin adi C vitaminindən fərqli olaraq, Ester-C ağ qan hüceyrələrində 24 saatadək qalır, turşu mühit yaratmır və mədəyə yumşaq təsir göstərir.¹

 

Gündə bir kapsul qəbul etmək yuxarı tənəffüs yollarının sağlamlığını dəstəkləməyə kömək edir, antioksidanların gücü ilə sərbəst radikalları neytrallaşdırır və immun sistemini hərtərəfli gücləndirir.

 

2. D vitamini

 

D vitamini immun sisteminin fəaliyyətinə mühüm təsir göstərir. Orqanizmdə D vitamininin əsas mənbəyi adətən günəşin B spektrli ultrabənövşəyi şüalarıdır, buna görə də onu çox vaxt “günəş vitamini” adlandırırlar. Ancaq günəş işığının az olduğu bir ərazidə yaşayırsınızsa və ya açıq havada az vaxt keçirirsinizsə — D vitamini çatışmazlığınız ehtimalı ola bilər.

 

Əgər günəşdən kifayət qədər D vitamini aldığınızdan əmin deyilsinizsə, onu nutrient şəklində qəbul etməyə çalışın.

 

D3 VİTAMİNİ 600 BV

Gündəlik bir kapsul qəbul etmək sağlam immun sistemini qorumağa kömək edir, sümükləri və dişləri gücləndirir, sinir və əzələ funksiyasını optimallaşdırır.

 

3. Sink

 

Sink bir çox orqanizm funksiyaları üçün əvəzedilməz bir mineraldır. O, DNT-nin yaradılmasında, hüceyrə böyüməsində, zülalların qurulmasında və immun sistemini dəstəkləməkdə əsas rol oynayır.

 

Sink immun sisteminin bir çox aspektlərində mühüm rol oynayır. O, anadangəlmə immun sisteminin hüceyrələrinin, o cümlədən orqanizmin xarici maddələrə qarşı müdafiəçiləri – T və B hüceyrələrinin (antigenlərin) normal böyüməsini və işləməsini təmin edir.

 

Sink immun hüceyrələrin böyüməsini və normal fəaliyyətini dəstəklədiyi üçün, hətta yüngül və orta dərəcəli sink çatışmazlığı limfositlərin, neytrofillərin və makrofaqların aktivliyini zəiflədə bilər.

 

SOLGAR-dan “Sink pikolinatı” — pikolin turşusuna əsaslanan orqanik, asanlıqla həzm olunan formada sink mənbəyidir. Məhsul, gözəlliyinizin gündəlik qayğısına əlavə olaraq, immunitet dəstəyi, antioksidant dəstəyi üçün qəbul edilə bilər.

 

Qışda sağlam dəri üçün vitaminlər

 

Qışda dəriniz daha quru və ya problemli olursa, tək deyilsiniz. Qış mövsümündə soyuq hava dərinin qurumasına və qaşınmasına səbəb olur, mimik cizgilər və qırışlar daha çox nəzərə çarpır.

 

Xoşbəxtlikdən, sağlam və parlaq dərini qorumağa kömək edə biləcək əlavələr var:

 

4. Kollagen və hialuron turşusu

 

KOLLAGEN VƏ HİALURON TURŞUSU KOMPLEKSİ

Bu bestseller formula cəmi 12 həftə ərzində dəridə kollagen istehsalını artırır, qırışları yumşaltmağa kömək edir, dərinin elastikliyini artırır və onu daha sağlam, daha parlaq hala gətirir.

 

5. Novruzçiçəyi yağı

 

NOVRUZÇİÇƏYİ YAĞI

Bu əlavə poli doymamış yağ turşularının (qamma-linolenik və linoleik turşular) əlavə mənbəyi kimi tövsiyə olunur. Gündə iki dəfə bir kapsul qəbul edilməsi dərini sağlam saxlayır və quru dəri ilə mübarizə aparmağa kömək edir.

 

Qış yorğunluğuna qarşı vitaminlər

 

Bəzən qışda özünüzü həmişəkindən daha yorğun və solğun hiss edə bilərsiniz. Bu, beynin gündüz saatlarının qısalmasına cavab olaraq yuxunu tənzimləyən melatonin hormonunu daha çox istehsal etməsi ilə əlaqədar ola bilər.

 

6. B qrupunun vitaminləri

 

B qrupunun vitaminləri hər gün enerji saxlamağınıza kömək etmək üçün əla yardımçı ola bilər.

 

B-KOMPLEKS

Solgar® B-kompleksinə bütün B vitaminləri daxildir. Gündəlik bir kapsul qəbul etmək enerji ehtiyatlarını artırır və gün ərzində baş verən dövri stress zamanı orqanizmə dəstək verir.

 

GÜNDƏLİK STRESSƏ NƏZARƏT

“Gündəlik stressə nəzarət” fiziki və emosional stress zamanı konsentrasiyanı və yaddaşı yaxşılaşdırmağa kömək edir. Məhsulun tərkibində Rhodiolife® — Çəhrayı rodiolanın standartlaşdırılmış cövhəri və Panmol® B-complex — təbii mənbədən 8 B qrupu vitaminləri (kinoa cücərtiləri) var.

 

SÖHBƏTİMİZİN YEKUNUNDA

 

İmmun sisteminizin gücləndirilməsi, sağlam dəri və gündəlik enerjinizin dəstəklənməsi bütün il boyu sağlamlığınızın açarıdır! Solgar məhsulları arasında orqanizminizin fərdi ehtiyaclarını ödəmək üçün ideal vitamin birləşməsini tapa bilərsiniz.

 

Mənbələr:

  1. https://pubmed.ncbi.nlm.nih.gov/27512620/