SAÇLARIN TÖKÜLMƏSİ: BU NƏ SƏBƏBDƏN BAŞ VERİR VƏ BUNUNLA NƏ ETMƏK OLAR? | SOLGAR — сайт в Азербайджане

SAÇLARIN TÖKÜLMƏSİ: BU NƏ SƏBƏBDƏN BAŞ VERİR VƏ BUNUNLA NƏ ETMƏK OLAR?

5dəqiqəoxudu

Saç tökülməsi tez-tez ümidsizlik hissi və bir çox sual doğurur. Saç tökülməsi dedikdə ağıla tez-tez keçəl kişilər gəlir. Bununla belə, qadınların 45%-i də həyatın bu və ya digər dövrlərində bu problemlə üzləşirlər.¹

 

Sizin də saçlarınız çox tökülməyə başlayıbsa, qəmlənməyin, ümid var! İlk addım – saç tökülməsinin səbəbini anlamaq və sonra bununla bağlı nə edə biləcəyinizi düşünməkdir.

 

Saç tökülməsinin səbəbini daha yaxşı başa düşməyiniz üçün saçınızın həyat dövrünə daha yaxından nəzər salaq.

 

SAÇLARIN HƏYAT DÖVRÜ

 

Saçların həyat dövrünü dörd əsas mərhələyə bölmək olar:

 

Anagen (böyümə) mərhələsi: Bu, saç hüceyrələrinin sürətlə bölündüyü və saç özəyinin böyüdüyü saç böyüməsinin aktiv mərhələsidir. Bu mərhələ 2 ildən 7 ilə qədər davam edə bilər. İstənilən vaxt saçınızın təxminən 90%-i anagen mərhələsindədir.²

 

Katagen mərhələsi (keçid dövrü): Təxminən 2 həftə davam edən bu qısa mərhələ zamanı saçların böyüməsi dayanır və tük follikulu daralır. Saçlar qan tədarükü ilə əlaqəsi kəsilir və follikuldan itələnir.

 

Telogen (dinclik) mərhələsi: Bu mərhələdə saçlar uzanmır, lakin həm də tökülmür. Saç folikulu artıq aktiv olmasa da, köhnə saçlar follikulda qalır, altında isə yeni saçlar böyüməyə başlayır. Bu mərhələ adətən təxminən 3 ay davam edir.

 

Ekzogen (tökülmə) mərhələsi: Köhnə saçların töküldüyü və yeni saçların meydana gəlməsinə imkan verən san mərhələ. Orta hesabla, insanlar bu təbii dövrün çərçivəsində gün ərzində 50-dən 100-ə qədər saç itirirlər.

 

QADINLARDA VƏ KİŞİLƏRDƏ SAÇ TÖKÜLMƏSİNİN SƏBƏBLƏRİ

 

Duş kanalınızda və ya saç fırçanızda bir neçə tük tapsanız, bu, təlaş üçün səbəb deyil. Saçlar, saç tökülməsi mərhələsinə girdiyi üçün orta dərəcədə saç tökülməsi (gündə 50-100 saç) normaldır,

 

Ancaq həddindən artıq stress, hormonal dəyişikliklər və ya dərmanlar səbəbindən sürətli və ya həddindən artıq saç tökülməsi baş verə bilər.³

 

SAÇ TÖKÜLMƏSININ 3 MÜMKÜN SƏBƏBİ

 

1. STRESS

 

Stressli vəziyyətlər, məsələn, sevdiyiniz insanın itkisi və ya maliyyə çətinlikləri ciddi saç tökülməsinə səbəb ola bilər.

 

Əgər özünüzü stresli hiss edirsinizsə, yoqa, meditasiya və ya dostlarınız və ailənizlə vaxt keçirmək kimi rahatlaşdırıcı təcrübələri gündəlik həyatınıza daxil etməyə çalışın.

 

2. QİDALANDIRICI MADDƏLƏRİN DEFİSİTİ

 

Rasionunuz saçınızın sağlamlığında böyük rol oynayır və saç tökülməsi bəzən müəyyən qida maddələrini kifayət qədər almadığınızın əlaməti ola bilər. Hansı qida maddələrinin defisitini müəyyən etmək üçün mütləq bir mütəxəssislə məsləhətləşin və analizləri verin.

 

SAÇ TÖKÜLMƏSİ ZAMANI DƏRMİR

 

Dəmir çatışmazlığı – tədqiqatçılar hələ də bu prosesin dəqiq mexanikasını bilməsələr də, bu, saç tökülməsinin məşhur səbəbidir.⁴

 

Reproduktiv yaşda olan qadınlarda qanda dəmir səviyyəsinin aşağı olması ehtimalı daha yüksəkdir, bu da menstruasiya zamanı onun itirilməsi ilə əlaqədardır.

 

Sağlam saçlarla yanaşı, dəmir enerji mübadiləsi də daxil olmaqla bir çox orqanizm funksiyalarını dəstəkləmək üçün vacibdir. Dəmir bütün orqanizmə oksigeni daşımağa kömək edən yeni qırmızı qan hüceyrələrinin meydana gəlməsi üçün lazımdır.

 

Dəmir əlavələrinin qəbulu – mineralın tövsiyə olunan gündəlik normasını əldə etməyin bir yoludur.

 

SOLGAR Asan mənimsənilən dəmir Centl Ayron

Solgar “Centl Ayron” dəmir səviyyəsini artırmağa kömək edir, yeni qırmızı qan hüceyrələrinin meydana gəlməsinə kömək edir. Məhsulun orqanik forması qəbizliyə səbəb olmur və mədəni qıcıqlandırmır.

 

SAÇ TÖKÜLMƏSİ ZAMANI SİNK

 

Sink – orqanizmdə yüzlərlə ferment üçün zəruri olan vacib mineraldır. Sink çatışmazlığı saç tökülməsinə səbəb ola bilər, lakin bu, rasionunuza kifayət qədər sink əlavə etməklə asanlıqla düzəldilə bilər.⁴

 

Pikolin turşusu əsasında asan mənimsənilən “Sink pikolinatı”. Gündə bir həbdə 22 mq sink ehtiva edir.

 

3. HORMONAL DƏYİŞİKLİKLƏR

 

Hormonlar saç artım dövrünə təsir edir, buna görə də menopauza və ya doğuş kimi hormonal dəyişikliklər saç tökülməsinin artmasına səbəb ola bilər.

 

MENOPAUZA VƏ SAÇLARIN TÖKÜLMƏSİ

 

Saç tökülməsi menopauzanın və perimenopauzanın geniş yayılmış simptomudur. Menopauza zamanı orqanizmdə əhəmiyyətli hormonal dəyişikliklər baş verir, xüsusən də estrogen səviyyəsi azal. Bu hormonal dəyişiklik saç tökülməsi və ya incəlmə də daxil olmaqla müxtəlif simptomlara səbəb ola bilər.⁵

 

DOĞUŞDAN SONRA SAÇ TÖKÜLMƏSİ 

 

Doğuşdan sonra saç tökülməsi geniş yayılmış haldır – bir çox yeni analar hamiləlikdən sonra müvəqqəti olaraq həddindən artıq saç tökülməsini yaşayırlar. Doğuşdan sonra saç tökülməsi hormonal dəyişikliklərdən qaynaqlanır. Doğuşdan sonra estrogen səviyyəsi kəskin şəkildə azalır, bu da saçların daha sürətli tökülməsinə səbəb ola bilər.

 

Saç tökülməsi adətən doğuşdan təxminən dörd ay sonra maksimuma çatır və qadınların əksəriyyəti körpənin həyatının ilk ilində normal saç artımına qayıdır.⁶

 

BAƏ. SAÇLARIN SAĞLAMLIĞI ÜÇÜN 

 

SOLGAR® Dəri, dırnaqlar, saçlar

“Dəri, dırnaqlar, saçlar” kompleksi təbii gözəlliyi içəridən qorumaq üçün xüsusi olaraq hazırlanmışdır və aşağıdakıları təşviq edir:

  • Saçlara parlaqlığını;
  • Dərinin gəncliyini və parlaqlığını;
  • Dırnaqların sağlamlığını;
  • Kollagenin hasilatını.

 

NƏTİCƏ

 

Saç tökülməsi kimi xoşagəlməzlik tez-tez həm kişilərdə, həm də qadınlarda rast gəlinir. Saç tökülməsinin mümkün səbəbləri stres, qidalandırıcı maddələrin defisiti və hormonal dəyişikliklərdir. Lakin nutrientlərin əlavə qəbulu daha qalın, dolğun saçların böyüməsini təşviq edə və saç tökülməsini azaltmağa kömək edə bilər.

 

Mənbələr:

  1. Dinh QQ, Sinclair R. Female pattern hair loss: current treatment concepts. Clin Interv Aging. – 2007. – 2(2): 189-199. – URL: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2684510/;
  2. Burg D, Yamamoto M, Namekata M, Haklani J, Koike K, Halasz M. Promotion of anagen, increased hair density and reduction of hair fall in a clinical setting following identification of FGF5-inhibiting compounds via a novel 2-stage process. – Clin Cosmet Investig Dermatol. –2017. – 10: 71-85. – URL: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5338843/;
  3. Elizabeth C. Hughes, Hasnain A. Syed, Dahlia Saleh Telogen Effluvium. – StatPearls Publishing LLC – 2024. – URL: https://www.ncbi.nlm.nih.gov/books/NBK430848/;
  4. Guo EL, Katta R. Diet and hair loss: effects of nutrient deficiency and supplement use. – Dermatol Pract Concept. – 2017. – 7(1):1-10. – URL: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5315033/;
  5. Rinaldi F, Trink A, Mondadori G, Giuliani G, Pinto D. The Menopausal Transition: Is the Hair Follicle “Going through Menopause”? – Biomedicines. – 2023. – №14. – 11(11):3041 – URL: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC10669803/;
  6. American Academy of Dermatology, “Hair care products can deliver the goods for thinning and textured hair.” – News release issued. – 2010. – URL: https://www.aad.org/public/diseases/hair-loss/insider/new-moms.