Bir çoxumuz omeqa-3-ün ürək üçün faydası haqqında artıq agahdır, lakin omeqanın həm də dərinin sağlamlığına yardımçı olduğunu bilirdinizmi? Dərimiz özünü zərərli ətraf mühit faktorlarından qorumaq üçün çətin vəzifəni yerinə yetirir və bəzən ona qayğı göstərmək lazımdır.
Omeqa-3 nədir?
Omeqa-3 – balıq, yosun, qoz-fındıq və toxumlarda rast gələn əsas yağ turşusunun bir növüdür. Omeqa-3 üç əsas növü – alfa-linolenik turşu (ALT), eykozapentoenik turşu (EPT) və dokozaheksaenik turşudur (DHT).
ALT – əsasən kətan toxumu, çətənə toxumu, çia toxumu və qoz kimi bitki mənbələrində olan qısa zəncirli yağ turşularıdır. EPT və DHT ən çox soyuq su balıqlarında və digər dəniz məhsullarında rast gələn yüksək bioloji aktivliyə malik uzun zəncirli yağ turşularıdır.
İnsan orqanizmi öz omeqa-3 yağ turşularını istehsal edə bilmir. EPT orqanizmdə EPT və DHT-ya çevrilə bilsə də, çevrilmə miqdarı azdır və 5%-dən az təşkil edir. Buna görə omeqa-3 həmçinin əvəzedilməz yağ turşuları da deyilir: onlar «əvəzedilməzdir» və sağlamlığı təmin etmək üçün orqanizmdə kifayət qədər səviyyəni saxlamaq üçün qida və ya əlavələrdə olmalıdır.
Omeqa-3 və sağlamlıq üçün faydası
Əvəzedilməz yağ turşuları bizə enerji verir və bədənin hər bir hüceyrəsini əhatə edən membranların ayrılmaz tərkib hissəsidir. Məhz buna görə omeqa-3 yağ turşuları ürək, beyin və dəri də daxil olmaqla orqanizmdəki bir çox orqan və sistemlərin sağlamlığını qorumağa kömək edir.
Omeqa-3-ün dəri sağlamlığı üçün faydaları
Omeqa-3 ilə bağlı araşdırmaların çoxu ürək sağlamlığına diqqət yetirir, lakin dərinin sağlamlığı üçün omeqa-3 istehlakına da davamlı olaraq artan maraq var. Aşağıda omeqa-3 dərinizə fayda gətirə biləcəyi iki əsas üsulu göstərilib:
- Müdafiə:
Omeqa-3 yağ turşuları dərini iltihablı birləşmələrdən qorumağa kömək edə bilər. Omeqa-3 araxidon turşusu (AT) səviyyəsinə nəzarət etməyə kömək edir. Araxidon turşusu dərinin sağlamlığına və bütövlüyünə mənfi təsir göstərə bilən eykozanoidlər kimi tanınan iltihablı birləşmələri hasil edir.
- Nəmləndirmə:
Omeqa-3 yağ turşuları dəri bariyer funksiyasını qorumağa kömək edə bilər. Bu, nəm saxlamağa kömək edir və qıcıqlandırıcılardan qoruyur, və bununla da dərinin qurumasını və qıcıqlanmasını aradan qaldırmağa kömək edə bilər.
Balıq ən yaxşı omeqa-3 mənbəyidirmi?
Balıq həm EPT, həm də DHT ilə zəngindir, lakin omeqa-3 tərkibinə gəldikdə bütün balıq cinsləri eyni dərəcədə dəyərli deyil. Qızılbalıq, makrel, ançous və sardin kimi yağlı soyuq su balıqları, tilapiya kimi isti su balıqlarına nisbətən daha yüksək miqdarda EPT və DHT ehtiva edir. Milli Sağlamlıq İnstitutlarına görə, böyüklər həftədə 230 qram və ya daha çox yağlı balıq və gündə 1-1,6 qram ümumi omeqa-3 yağ turşularına ehtiyac duyurlar.
Omeqa-3 yağ turşusu əlavələrinin qəbulu bioloji əlverişli DHT və EPT-nın sağlam səviyyələrini təmin edə bilər, lakin düzgün məhsulu seçərkən keyfiyyət həqiqətən vacibdir.
Keyfiyyətli omeqa-3 əlavəsini necə seçmək olar?
Omeqa-3 əlavələrini seçərkən keyfiyyət mühüm rol oynayır. Nələrə diqqət yetirməlisiniz:
- Balıq yağı sardin, ançous və makrel kimi kiçik soyuq su balıqlarından əldə edilir.
- İstehsalçı, qida məhsulları və medikamentlərin keyfiyyaətinə sanitar nəzarət üzrə idarə (FDA) tərəfindən müəyyən edilmiş lazımi istehsal təcrübəsinin tələblərinə cavab verir.
- Omeqa-3 yağ turşuları ağır metallardan və digər toksinlərdən təmizlənmişdir.
- Bitki yağları kimyəvi həlledicilərdən istifadə etmədən soyuq presləmə yolu ilə alınır.
- Məhsulda əlavələr və ya tez-tez təsadüf edilən allergenlər yoxdur.
Solgardan «Üçqat omeqa-3 950 mq»: Məhsulun tərkibinə yabanı soyuq su balıqlarının (sardin, makrel, ançous) yumşaq hissələrindən xammal ehtiva edir. Xammalı çirklərdən, o cümlədən ağır metallardan tamamilə təmizləmək üçün müasir molekulyar distillə texnologiyasından istifadə olunur. Acılaşmadan və oksidləşmədən qorumaq məqsədi ilə hər bir «Üçqat güclü Omeqa-3 950 mq» kapsulunun tərkibinə təbii E vitamini əlavə edilmişdir.
Sağlam dəri üçün digər əvəzedilməz yağ turşuları
Omeqa-3 ən məşhur əsas yağ turşuları ola bilər, lakin onlar, əlbəttə ki, öz növlərində yeganə deyillər.
Omeqa-3 yağ turşuları ilə yanaşı, omeqa-6 yağ turşuları LT (linolenik turşu) və QLT (qamma-linolenik turşu) dərinin nəmləndirilməsini saxlamağa və iltihabı azaltmağa kömək edərək dəri baryerinin dəsətklənməsində mühüm rol oynayır. Faktiki olaraq, LT dəridə olan ən çox rast gəlinən yağ turşusudur. LT və QLT-nı bəzi bitki yağlarında, məsələn, novruzçiçəyi yağı, göyzəbanı yağı və qara qarağat toxumu yağında tapa bilərsiniz.
Solgardan «Novruzçiçəyi yağı»: Novruzçiçəyi yağı – sağlam dərinin dəstəklənməsi üçün istifadə edilən zəngin LT və QLT mənbəyidir.
Dəriniz orqanizmi xarici təhlükələrdən qorumaq üçün ağır iş görür və bunun müqabilində bir az qayğıya layiqdir. Bu qayğı dərinizi qorumaq və onun nəmliyini saxlamaq üçün əvəzedilməz yağ turşuları ehtiva edə bilər. Faydalı əvəzedilməz yağ turşularına həm omeqa-3 (ALT, EPT, DHT) həm də omeqa-6 (LT və QLT) daxildir. Nəhayət, unutmayın ki, əsas yağ turşularının bütün mənbələri bərabər dəyərli deyil.




