MƏKTƏBƏ QAYIDIRIQ ! BÜTÜN AİLƏYLƏ BİRLİKDƏ MƏKTƏB DƏRSLƏRİNƏ HAZIRLAŞIRIQ | SOLGAR — сайт в Азербайджане

MƏKTƏBƏ QAYIDIRIQ ! BÜTÜN AİLƏYLƏ BİRLİKDƏ MƏKTƏB DƏRSLƏRİNƏ HAZIRLAŞIRIQ

4dəqiqəoxudu

Sentyabr — yalnız uşaqlar üçün deyil, həm də valideynlər üçün məktəb dərslərinin başlama vaxtıdır. Uşaqlar uzun müddət eyni sinifdə birgə oxuyub-oynayarkən müxtəlif viruslar və mikroblar əmələ gəlir, buna görə payız qripi bir çox ailələrdə adi bir hadisədir. Yay məzuniyyətindən sonra iş yükünün artması ailənin yaşca böyük olan üzvlərində stresə səbəb ola bilər ki, bu da immuniteti aşağı salır.

 

Xoşbəxtlikdən, nutrientlərin köməyi ilə bütün ailənin immunitetini qoruyub saxlamaq mümkündür!

 

QİDALANMA, YUXU VƏ ORQANİZMİN VİTAMİNLƏRLƏ BƏSLƏNMƏSİ SAYƏSİNDƏ BÜTÜN AİLƏNİN İMMUNİTETİ YÜKSƏK SƏVİYYƏDƏ QALIR

 

Məktəb başlaması adətən ailənin gündəlik həyatına yeni hadisələr, ev tapşırıqları, hobbilər və yeni dostlar kimi həyəcan və stres gətirir. Stres yuxuya təsir edir ki, bu da yorğunluğa səbəb ola bilər. Yorğunluq dözümlülüyə təsir edir, dözümlülük isə öz növbəsinsə, məsələn, idman etmək və ya yaxşı yemək istəyinə təsir edir.

 

Yaxşı immunitetin əsasını kifayət qədər yuxu, sağlam qidalanma və fiziki məşqlər təşkil edir. Əgər bu və ya digər səbəbdən dayanıqlıq daha aşağıdırsa və ya Siz onu daha da gücləndirmək istəyirsinizsə, bu funksiyanı nutrientlərin köməyilə qoruyub saxlamaq mümkündür.

 

Solgar-ın portağal dadı ilə C vitaminli Kanqavites məhsulu əlavə C vitamini mənbəyi olmaqla yanaşı uşaqların təbii immunitetini qoruyub saxlamaq üçün nəzərdə tutulmuşdur.

 

Yetkinlik dövründə immuniteti qorumaq üçün Solgar məhsulları xəttində bağçiyələyi və portağal dadı ilə “C vitaminli Yu-kyubs” marmelad pastilləri vardır. Məhsul 15 yaşdan yuxarı uşaqlar tərəfindən qəbul üçün optimal dozada buraxılır.

 

Ancaq yetkin ailə üzvləri isə “Ester-C Plus İmmuno-kompleksə” diqqət yetirməlidirlər – formula bədənin müqavimətini artırmağa kömək edən vitaminlər, minerallar və bitki komponentlərini özündə birləşdirir.

 

GÜNDƏLİK ZƏNGİN HƏYAT ÜÇÜN “RƏNGLİ” BOŞQABLAR VƏ FAYDALI QƏLYANALTILAR

 

Balanslaşdırılmış qidalanma – immunitetin möhkəmlənməsinin rəhnidir. Uşaqlar üçün hər yeməkdə mümkün qədər rəngarəng boşqab hazırlanmalıdır. Boşqabda göy qurşağı rəngləri nə qədər çox olarsa, yemək də vitaminlər, minerallar, liflər və antioksidantlar baxımından bir o qədər müxtəlif olar. Müxtəlif rəngli ərzaqları seçməklə onları məktəblilər üçün əyləncəli bir oyuna çevirməyə çalışın!

 

Bağırsaq bakteriyalarının populyasiyasını və fəaliyyətini təmin edən turşuya qoyulmuş kələm və ya kefir kimi bağırsaq üçün faydalı olan probiotik ərzaqları da rasiona daxil etməyiniz yaxşı olardı. Əlbəttə ki onlara soğanın, kələmin, yarmanın, paxlalı bitkilərin və almanın tərkibində rast gəlmək olar.

 

Bağırsaqdakı balanslaşdırılmış bakteriya ştammları həzm prosesinə, eləcə də orqanizmin digər funksiyalarına, o cümlədən immunitetə və bəzi araşdırmalara görə hətta əhval-ruhiyyəyə belə təsir edir.

 

Gərgin məktəb həyatının gedişatında belə düzgün yemək vərdişlərinə riayət etməyə çalışın. Əgər uşağın gündəlik həyatı iş və hobbidən ibarətdirsə, özüylə rahat götürə biləcəyi sağlam qəlyanaltılara diqqət yetirin ki, onun qidalanma ritminin nizamı pozulmasın.

 

Adətən balanslaşdırılmış qidalanmada belə müəyyən mikroelementlər çatışmaya bilər, buna görə də Tropik meyvələr dadı ilə Kanqavites multivitamin kompleksinə diqqət yetirməyi məsləhət görürük — bu sinir-əzələ toxumasının möhkəmləndirilməsi, beyin funksiyalarının, diqqətin və yaddaşın yaxşılaşdırılması üçün nəzərdə tutulmuş əsas nutrientlərin (dəmir, sink, A, C, D, E vitaminləri daxil olmaqla) birləşməsidir.
Bu kompleksin tərkibinə soya lesitini (intellektin və yaddaşın inkişafı üçün), eləcə də faydalı tərəvəz və meyvələrin ekstraktları daxildir.

 

Körpə anaları üçün Solgar həmçinin “Qadınlar üçün multivitamin və mineral kompleksi” məhsulunu təklif edir. Qadın sağlamlığına gündəlik dəstək üçün unikal formula bioavailable formada 30-dan çox komponentdən (vitaminlər, minerallar, bitki ekstraktları) daxildir.

 

YAŞCA BÖYÜK ADAMLARIN NÜMUNƏSİ MƏKTƏBLİLƏRƏ GÜNÜ SAĞLAM QAYDADA NİZAMLAMAĞA KÖMƏK EDİR

 

Hər bir insanın gündəlik rejimi müxtəlif fəaliyyətləri əhatə edir və onlara olan ehtiyac da adamlara görə dəyişir.

 

Bəziləri hər səhər qaçışla məşğul olur, bəziləri isə yuxu vaxtına ciddi şəkildə riayət edir. Rutin həyat tərzi adətən gündəlik fəaliyyətə aydınlıq və güc qatır — xüsusən də uşaqlı ailələrdə.

 

Böyüklərin davranışı uşaqlar üçün bir modelə, yəni nümunəyə çevrilir, onlara yaxşı və sağlam rejimi öyrədir ki, bu da uşaqların gərgin gündəlik həyatın öhdəsindən gəlməyə kömək edir. Uşağın yuxu və qidalanma rejimini təmin etməklə yanaşı Siz həmçinin öz təlimatlarınıza da əməl etmiş olursunuz. Həm ailədəki uşaqların, həm də böyüklərin gündə bircə dəfə olsa belə idmanla məşğul olmalarına diqqət edin. Beləcə ailə bütövlüklə hər gün bütün işlərin öhdəsindən gələ biləcəkdir!