Bəzən stres fayda gətirir: o, bizi motivasiya, daha çox çalışmağa sövq və ya hətta təhlükəli vəziyyətlərdə belə həyatımızı xilas edə bilər. Lakin stres eyni zamanda ürəyin sağlamlığına da ciddi təsir göstərə bilər.
Gəlin stres ilə ürəyin sağlamlığı arasındakı əlaqəni nəzərdən keçirək, eləcə də hər ikisinin öhdəsindən gəlməyin sadə yollarını araşdıraq.
KƏSKİN VƏ XRONİKİ STRES
Stresin iki növü var: kəskin və xroniki. Kəskin stres — yolda tıxac və ya həyat yoldaşı ilə mübahisə kimi səbəblərdən yaranan qısamüddətli təəssüratdır. Xroniki stres isə uğursuz iş axtarışı kimi vəziyyətlərin yaratdığı daha uzunmüddətli yüklənmədir.
Ürəyin sağlamlığına həm kəskin, həm də xroniki stres təsir edir.
KƏSKİN STRES VƏ ÜRƏYİN SAĞLAMLIĞI: “SINDIRILMIŞ ÜRƏK SİNDROMU”
Kəskin stresin ürəyə təsirinin ən çox yayılmış üsullarında biri də sındırılmış ürək sindromu kimi tanına bir haldır.
“SINDIRILMIŞ ÜRƏK SİNDROMU” NƏ DEMƏKDİR?
Sındırılmış ürək sindromu və ya takotsubo kardiomiopatiyası sevdiyin bir şəxsin itirilməsi və ya təbii fəlakət kimi kəskin stresin ağır formasının təsiri nəticəsində yarana biləcək ürək-damar zədələnməsinin bir nümunəsidir.¹ Belə hallarda qəfil yaranmış kəskin stres ürəyin əsas nasos kamerası olan sol mədəciyin sürətli şəkildə zəifləməsinə gətirib çıxarır.²
Sındırılmış ürək sindromu kişilərə nisbətən qadınlarda daha çox rastlanır; xüsusilə də postmenapauza dövründə.³ Yaxşı xəbər isə bundan ibarətdir ki, bu xəstəlik ümumilikdə müalicə olunandır və bununla qarşılaşan insanların əksəriyyəti bir neçə həftəyə tam sağalır.
XRONİKİ STRES VƏ ÜRƏYİN SAĞLAMLIĞI
BƏDƏNİMİZ STRESƏ NECƏ REAKSİYA VERİR?
Həm kəskin, həm də xroniki stres zamanı orqanizm epinefrin (adrenalin), kortizol və noradrenalin adlanan stres hormonları ifraz etməyə başlayır. Stres hormonlarının hər biri ürəyə və qan dövranı sisteminə fərqli təsir göstərir:
- Epinefrin (adrenalin) ürək döyüntülərini sürətləndirir, qan təzyiqini artırır və mövcud enerji ehtiyatını artırır.
- Kortizol qlükozanın qana ötürülməsinə səbəb olur və damarları daraldır.
- Noradrenalin ürək döyüntülərini sürətləndirir, qlükozanı qana ötürür və qanın əzələlərə axınını artırır.
Yuxarıda sadalanan stres hormonları potensial təhlükə ilə üzləşdiyimiz zaman bizə kömək edirlər. Kortizol “mübarizə və ya qaçış” vəziyyətində bədənin prioritet funksiyalarını məhdudlaşdırır. Bu, immun sisteminin reaksiyasını düzəldən, həzm sisteminin işini yavaşladan və orqanizmin bütün gücünü potensial təhlükə ilə qarşıdurmaya yönəldilməsinə kömək edən təbii müdafiə sistemidir. Təhlükəli vəziyyəti keçdikdən sonra bu hormonun səviyyəsi normaya qayıdır.⁴
STRES ÜRƏYİN SAĞLAMLIĞINA NECƏ TƏSİR EDİR?
Uzunmüddətli xroniki stres vəziyyətində bu hormonlar ürəyinizi sağlamlığına zərərli təsir göstərə bilər. Onların kompleks təsiri ürək damarlarının spazmlarına, orqanizmin oksigen ehtiyacının artmasına və elektrik impulslarının ötürülməsinin pozulmasına səbəb ola bilər ki, bu da ürək ritminin pozulmasına, sinədə ağrılara və nəfəs darlığına gətirib çıxara bilər.
Xroniki stresin ürəyə təsirinin uzunmüddətli təsirləri arasında yüksək qan təzyiqi, sürətli ürək döyüntüləri, qanda şəkərin yüksək səviyyəsi və iltihabi prosesləri qeyd etmək olar.
Harvard Universitetinin alimləri tərəfindən aparılan araşdırma sübut etmişdir ki, stresli vəziyyətlərdə badamcıq vəzisi (beynin stres reaksiyalarına cavab verən nahiyəsi) əlavə leykositlərin ifraz olunmasına ehtiyac olduğuna dair beyin iliyinə siqnal göndərir və bu da damarların iltihabına gətirib çıxarır.
Bu araşdırmanın müəllifləri fərz edirlər ki, stress – siqaret çəkmə və ya yüksək qan təzyiqi kimi ürək problemlərinin yaranması riskləri ilə eyni cərgədə dayanır.⁵
STRESİN ÜRƏYİN SAĞLAMLIĞINA VASİTƏLİ TƏSİRİ
Stresin ürəyin sağlamlığına təsirinin vasitəli üsulları da vardır. İnsanlar stresli vəziyyətdə ürək xəstəlikləri riskinin artmasına gətirib çıxaran qeyri-sağlam davranışlara meylli olurlar. Belə davranışa aşağıdakılardan ibarətdir:
- Tütünçəkmə;
- Alkoqoldan sui-istifadə;
- Həddindən artıq yemə;
- Az hərəkətli həyat tərzi;
- Qeyri-sağlam qidalanma;
- Təyin olunmuş dərman preparatlarını qəbul etməkdən imtina.
Stresin nəticəsi olaraq unutqanlıq, qıcıqlanma hiss edə və ya emosiyalarınız üzərində nəzarəti itirə bilərsiniz. Stres yuxu pozğunluğuna səbəb ola, eləcə də daha ciddi psixi problemlərin inkişafına gətirib çıxara bilər.
STRESİ İDARƏ ETMƏYİN 5 YOLU
1. MÜTƏMADİ OLARAQ İDMANLA MƏŞĞUL OLUN
Qaçışla məşğul olanlar yüksək sürətlə bir neçə dövrə qaçdıqdan sonra beyin ifraz etdiyi və əhval-ruhiyyəni artıran təbii kimyəvi maddələr olan endorfin dalğasını yaşayırlar. Fiziki məşqlər stresdən təbii şəkildə azad olmağı təmin edir: nəticədə qanda sağlamlığı yaxşılaşdıran endorfinlər artır, kortizol və digər stres hormonları azalır.⁶
2. DOSTLARINIZA VƏ AİLƏNİZƏ VAXT AYIRIN
Sizə əziz olan insanlarla vaxt keçirmək təkcə əyləncəli deyil. Bunun stresə kömək etdiyi elmi cəhətdən sübut edilmişdir. Adekvat sosial dəstəyin əldə olunması kortizolun səviyyəsinin azalmasına səbəb olan oksitosin hormonunun səviyyəsinin artması ilə müşayiət olunur.
3. STRESİ AZALDAN NUTRİENTLƏR QƏBUL EDİN
Solgar şirkəti ən müxtəlif ehtiyacları ödəyə bilən ən yeni elmi nailiyyətlər əsasında hazırlanmış və stres zamanı emosional vəziyyətin qorunub saxlanılması üçün nəzərdə tutulmuş müxtəlif nutrient növü istehsal edir.
SOLGAR GÜNDÜZLƏR STRESƏ NƏZARƏT
Solgar® Gündüzlər stresə nəzarət — epizodik olaraq yaranan psixi və fiziki streslə mübarizədə bədənin dərmansız və asılılıq yaratmadan qorunub saxlanılması üçün nəzərdə tutulmuş qeyri-medikamentoz bir üsuldur:
- Bədənin stresədavamlılığını artırmağa kömək edir;
- Streslə əlaqəli mütəmadi olaraq yaranan zehni yorğunluqdan azad olmağa imkan yaradır;
- Zehni və fiziki streslə mübarizə aparmağa kömək edir;
- Sakitliyi qorumaq qabiliyyətini təmin edir;
- Enerji mübadiləsini və sinir sisteminin sağlamlığını stimullaşdırır.
SOLGAR® B-KOMPLEKSİ
Solgar® B-Kompleksi hüceyrə enerjisinin ifrazı ilə bədəndə karbohidratların, zülalların və yağların yaranması üçün lazım olan bütün B qrupu vitaminlərini özündə birləşdirir. Hər porsiyası:
- Gündəlik həyat gedişatında epizodik olaraq yaranan stres zamanı adamı qoruyub saxlayır;
- Enerji səviyyəsini qoruyub saxlayır;
- Ürək-damar və sinir sistemlərinin sağlamlığını qoruyub saxlayır;
- Saçların, dərinin və dırnaqların sağlam görünüşünü təmin edir.
4. TƏNƏFFÜS MƏŞQLƏRİ EDİN
Stresi idarə etmək üçün sadəcə nəfəs alın – bundan daha asan nə ola bilər? Tədqiqatlar sübut edir ki, bir neçə dərin diafraqmatik nəfəs vermək kortizolun səviyyəsini aşağı salır ki, bu da stres yüklənməsinin azalmasına imkan yaradır.
5. MUSİQİ DİNLƏYİN
Bəzən tələb olunan yeganə şey sevimli melodiyanıza qulaq asmaqdır. Tədqiqatlar sübut edir ki, Motsartın əsərləri kimi müəyyən musiqi növləri insanlarda stress səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər.
ÜRƏYİN SAĞLAMLIĞINI QORUYUB SAXLAMAQ ÜÇÜN NUTRİENTLƏR
OMEQA-3 YAĞ TURŞULARI
Omeqa-3, xüsusən də eykozapentaen (EPA) və dokozaheksaen (DHA) turşuları, triqliseridlərin və “yaxşı” xolesterin olaraq da tanınan yüksək sıxlıqlı lipoprotein xolesterinin (YSLX) sağlam səviyyəsini qoruyub saxlamağa kömək edir.
Solgar® Üçqat Omeqa-3, təbii olaraq meydana gələn yüksək konsentrasiyalı omeqa-3 yağ turşularını ehtiva edir. Bu yumşaq gellərin bir porsiyası ürək-damar sağlamlığını dəstəkləyən 950 mq EPA, DHA və digər omeqa-3 yağ turşularını ehtiva edir.
KOENZİM Q10
Q10 kofermenti – ürək, qaraciyər və böyrəklərdə olan həyati vacib olan antioksidantdır. Q10-nun səviyyəsinə statinlərin qəbulu və fiziki fəaliyyət, eləcə də xarici stres amilləri təsir edə bilər.
Solgar® Koenzim CoQ-10 100 mq ürək-damar sağlamlığını dəstəkləməyə kömək edir, antioksidant qoruma təmin edir və hüceyrə enerji istehsalını təşviq edir.
Yekunlaşdırma
Həm kəskin, həm də xroniki stres ürəyin sağlamlığına zərərli təsir göstərə bilər. Kəskin stres daha çox ürəyə qəfil, lakin qısamüddətli təsir göstərir, xroniki stres isə uzunmüddətli mənfi təsirlərə səbəb olmaqla siqaret çəkmək və ya fiziki fəaliyyətdən imtina kimi qeyri-sağlam həyat tərzinə gətirib çıxara bilər ki, bu da ürəyin sağlamlığına zərər verə bilər.
Solgar şirkəti stresi idarə edilməsinə və ürəyin sağlamlığını qorunub saxlanılmasına kömək edən və ən yeni elmi inkişaflara əsaslanan yüksək keyfiyyətli nutrientlərin geniş seçimini təklif edir.
Mənbələr:
- Stress and your heart – Harvard Health;
- Takotsubo cardiomyopathy (broken-heart syndrome) – Harvard Health;
- Relation between resting amygdalar activity and cardiovascular events: a longitudinal and cohort study – The Lancet;
- Chronic stress puts your health at risk – Mayo Clinic;
- Relation between resting amygdalar activity and cardiovascular events: a longitudinal and cohort study – The Lancet;
- Exercising to Relax – Harvard Health Publishing – Harvard Health.




