Qadın sağlamlığını qoruyub saxlayan qidalandırıcı maddələr | SOLGAR — сайт в Азербайджане

Qadın sağlamlığını qoruyub saxlayan qidalandırıcı maddələr

3dəqiqəoxudu

Sümük və oynaqların sağlamlığını qoruyub saxlamaq üçün kalsium

 

Hamıya məlumdur ki, kalsium sümükləri qidalandıran əsas minerallardan biridir. Qadınlar üçün kalsiumun tövsiyə olunan gündəlik istehlak norması 800 mq-dır.¹ Sümükləri möhkəmləndirmək və gücü qoruyub saxlamaq üçün müntəzəm aktiv fiziki məşqlər də tövsiyə olunur.

 

Qadınların kifayət miqdarda kalsium qəbul etməsi menopauza dövründə xüsusilə vacibdir. Estrogen qadının sümüklərinin sağlamlığını qoruyub saxlayır və menopauza zamanı onun bədəndəki miqdarı azaldığı təqdirdə sümüklər kövrəkləşə bilər.

 

Rasionunuzda kalsiumu süd məhsullarından, eləcə də soya və yulaf südünün tərkibindən əldə edə bilərsiniz.

 

Bunları yalnız az miqdarda istehlak edirsinizsə, kalsium miqdarını nutrientləri qəbul etməklə də tamamlaya bilərsiniz.

 

Məsələn, Solgar “D3 vitamini ilə kalsium-maqnezium”un tərkibində kalsiumla yanaşı sümüklərə üçün vacib olan maqnezium və D3 vitamini kimi digər qidalandırıcı maddələr də vardır. D vitamini kalsiumun həzm olunmasına kömək edir.

 

Menstruasiya zamanı dəmir

 

Menstruasiya zamanı qadın çox miqdarda dəmir itirir. İfrazatlar çox olduğu təqdirdə isə sağlamlığınıza xüsusilə diqqət yetirməli və dəmir çatışmazlığının qarşısını almalısınız. Vegetarianlar da dəmir qəbuluna diqqət yetirməlidirlər, çünki bu mineralın tərəvəzlərdə də olmasına baxmayaraq, heyvan zülalında olan dəmirini (hem dəmiri adlanır) orqanizm daha yaxşı həzm edir.

 

Dəmirlə zəngin olan ərzaqlar: qırmızı ət və ət məhsulları, bütöv dənli məhsullar, mərcimək, lobya və yaşılyarpaqlı tərəvəzlər.

 

Dəmir xüsusilə də hemoqlobinin əmələ gəlməsi üçün lazımdır ki, bu da öz növbəsində oksigenin ağciyərlərdən qan dövranı ilə birgə bədənin digər hissələrinə, məsələn, əzələlərə və beyinə daşınmasını təmin edir. Hemoqlobinin miqdarı aşağı olduğu təqdirdə Siz özünüzü yorğun və süst hiss edə bilərsiniz.

 

C vitamini də dəmirin həzm edilməsinə kömək edir.

 

“Asanlıqla həzm olunan dəmir Centl Ayron” — asanlıqla həzm olunan və hemoqlobinin optimal qaydada əmələ gəlməsinə, enerjinin və qadın sağlamlığının qorunub saxlanmasına kömək edən hem dəmir mənbəyidir (xelat forma, bisqlisinat). Bundan əlavə, dəmir dölün uğurlu əmələ gəlməsinə, saç və dırnaqların möhkəmliyinə də təsir göstərir.

 

B qrupu vitaminləri çoxdur – heç olmasa fol turşusu və biotin haqda düşünün

 

B qrupu vitaminlərinin bir çox növü vardır və hamısı da faydalıdır. Qadınlar üçün əsasən B9 vitamini, yəni bioaktiv forması folat olan fol turşusu xüsusilə vacibdir. Bu o deməkdir ki, adətən qida əlavələrində istifadə olunan fol turçusu B9 vitamininin sintetik formasıdır, bioaktiv folat isə qidadan alınan və orqanizmin birbaşa həzm etdiyi B9 vitaminidir. Folat və ya fol turşusu eritrositlərin əmələ gəlməsinə və sinir sisteminin qorunub saxlanmasına kömək edir, eləcə də hüceyrələrin bölünməsi üçün lazımdır.

 

Fol turşusu hamilə və hamiləlik planlaşdıran qadınlar üçün xüsusilə vacibdir. Folat qadının fertilliyini qoruyub saxlamaqla yanaşı həm də dölü sinir borusu defektlərinə qarşı müdafiə edir.

 

Solgar çeşidləri arasında fol turşusu formulanın iki variantında təqdim olunur:

 

Solgar Folat 400 mkq “metafolin”“Fol turşusu” — aktiv bioloji həzm olunan formada olan əlavə B9 vitamini mənbəyidir.

 

Qadının əlavə qidalandırıcı maddələrə yaranan tələbatı onun həyat vəziyyətindən və yaşından asılıdır

 

Qadının hormonal aktivliyi onun qidalandırıcı maddələrə olan tələbatına təsir edir, hormonal aktivlik yaşla əlaqədar olaraq dəyişdiyinə görə isə qidalandırıcı maddələrə olan tələbat da dəyişir. Menstruasiya hər ay dəmirə olan tələbatı artıra bilər, hamiləlik və menopauza zamanı isə digər vitamin və minerallar vacibdir.

 

Yaşdan və həyat mərhələsindən asılı olmayaraq, qidalanmanın müxtəlifliyinə və kifayət qədər fiziki yüklənmələrə diqqət yetirmək vacibdir.

 

Rasionunuzu vitamin və minerallarla da tamamlaya bilərsiniz, bunu üçün Solgar “Qadınlar üçün multivitamin və minerallar kompleksi”, əlli yaşdan yuxarı qadınlar üçün isə “Multivitamin və minerallar kompleksi 50+” məhsullarına diqqət yetirməyinizi təklif edirik.