Fəal həyat tərzinin üstünlükləri çoxdur: diqqəti cəmləmək qabiliyyətindən tutmuş yaxşı bir gecə yuxusuna qədər sağlamlığın demək olar ki, bütün aspektləri müntəzəm fiziki fəaliyyətlə yaxşılaşdırıla bilər.
Ancaq gündəlik və ya yalnız həftə sonları idman etməyinizdən asılı olmayaraq, orqanizminizi düzgün qidalanma və vitaminlərlə dəstəkləməlisiniz. Enerji keyfiyyəti, hərəkətlilik, elastiklik, sümük sağlamlığı və əzələ böyüməsi əsasən orqanizmə verilən qida maddələrindən asılıdır.
Gəlin fəal həyat tərzi keçirməyinizə kömək edəcək ən vacib nutrientlərə nəzər salaq.
Enerji üçün nutrientlər
Bildiyiniz kimi, orqanizm enerjini ilk növbədə qidadan alır. Əgər siz nə vaxtsa həddən artıq zərərli yemək yemisinizsə, yəqin ki, bundan sonra həqiqətən də ayağa qalxıb qaçmaq istəmədiyinizi görmüsünüz, çünki orqanizm onları enerjiyə çevirmək üçün yüksək keyfiyyətli yağlar, karbohidratlar və zülallar tələb edir.
B qrupu vitaminlər kompleksi
B vitaminləri qidanın enerjiyə çevrilməsində əsas rol oynayır və beləliklə məşq zamanı aktiv qalmağa imkan verir.
SolgarⓇ B-Complex tərkibinə orqanizmin hərtərəfli dəstəklənməsi və bütün metabolik proseslərin həyata keçirilməsi üçün zəruri olan B vitaminləri daxildir.
Enerji saxlamağın digər yolları
Kifayət qədər təbii günəş işığı: təbii günəş işığı – sirkad ritmə, yəni yuxu-oyanma dövrünə təsir edən güclü amildir.
Kofein qəbulunun məhdudlaşdırılması: Kofeinin verdiyi enerjinin yüksəlişi, orqanizmdə kofeinin konsentrasiyası azaldıqda və özünüzü əvvəlkindən daha çox yorğun hiss etdiyiniz zaman sonrakı kəskin azalmaya səbəb ola bilər.
Zülallı səhər yeməyi: Səhər yeməyində zülalla zəngin qidalar yemək gün ərzində enerjini qorumağa kömək edəcək. Günə yumurta, yulaf sıyığı və ya vanil və şokoladlı kokteyl ilə başlaya bilərsiniz Solgar Way to go.
Oynaqlar üçün nutrientlər
İnsanlar tez-tez oynaqları ilə əlaqəli narahatlıq hiss edənə qədər onlar haqqında düşünmürlər.
SOLGAR-dan orqanik kükürd (MSM) ilə “Qlükozamin-xondroitin kompleksi“ oynaqların sağlamlığına və hərəkətliliyinə müsbət təsir göstərir. Kompleks oynaq qığırdaqların təbii bərpası proseslərini stimullaşdırır, oynaqların hərəkətliliyi qoruyur və onların daha da zədələnməsinin qarşısını alır.
Oynaqları dəstəkləməyin digər yolları
Məşqdən əvvəl övkələmə: Məşqdən əvvəl övkələmə qanınızın axmasına və oynaqlarınızın istiləşməsinə səbəb olur və beləliklə zədələrin qarşısını almağa kömək edir.
Balanslaşdırılmış qidalanma: Sağlam qidalanma sağlam oynaqların açarıdır. Qoz, kətan toxumu, qızılbalıq və ya digər yağlı balıq kimi omeqa-3 yağ turşuları ilə zəngin qidalar yemək, oynaqlara təsir edə biləcək siqnal molekullarının istehsalını tənzimləməyə kömək edə bilər.
Əzələ qidalanması üçün nutrientlər
Fitnesdə əsas məqsədiniz çoxlu əzələ qazanmaq olmasa belə, onu sağlam saxlamaq vacibdir. Bədəndə 600-dən çox əzələ var və onlara düzgün qulluq onların yırtılmasının və sərpməsinin qarşısını alır.
Əzələləri dəstəkləməyin yolları
Məşqdən sonra dartılıb uzadılma: Məşqdən sonra divana tam vücudunuzla çökmək cazibədar ola bilər, ancaq dartıb-uzanmağa vaxt ayırmağı məsləhət görürük. Dartıb-uzanma əzələləri çevik, güclü və sağlam saxlayır. Dartıb-uzanma olmadan əzələlər qısalır və sıxılır, və beləliklə hərəkət diapazonunu məhdudlaşır.
İçmə rejimi: Su orqanizmi əzələlərin böyüməsi və güclənməsi üçün zəruri olan əsas elektrolitlərlə təmin edir. Məşq zamanı orqanizm adi haldan daha çox su sərf edir. Bu ыэиэивэт, içmə rejiminizə nəzarət etmək lazımdır.
Şüurlu nəfəs alması: Güc məşqləri və ya həddindən artıq fiziki fəaliyyət edərkən nəfəs almağa diqqət yetirməlisiniz. Qayda, hərəkətin ən çətin hissəsində nəfəs vermək və daha asan hissədə nəfəs almaqdır. Şüurlu nəfəs alma əzələlərinizi optimal işləməsi üçün lazım olan oksigenlə təmin etməyə kömək edir.
Sümük sağlamlığını dəstəkləyən nutrientlər
Güclü sümüklər – çox vacibdir. Güclü sümüklərin formalaşmasına kömək etməklə yanaşı, uzunmüddətli perspektivdə sümük sağlamlığını qorumaq da eyni dərəcədə vacibdir.
Kalsium və maqnezium
Kalsium – bir çox qidada olan mineraldır. Bədəndəki kalsiumun demək olar ki, hamısı sümüklərdə və dişlərdə olur, onların strukturunu və sərtliyini qoruyur. İllər ötdükcə, həzm traktından kalsiumun udulmasının effektivliyi azala bilər.¹ Maqnezium, kalsiumun daşınmasında iştirak etdiyindən və sümük minerallaşması üçün zəruri olduğundan adətən kalsium olan qidalarda tapıla bilər.
Solgar D3 vitamini ilə Kalsium-Maqnezium – bu kompleksin tərkibində kalsium və maqnezium optimal 2:1 nisbətdədir.
Nəticə
Fəallıq – hər yaşda sağlamlığın əsas komponentidir. Hərəkət edin və sevdiyiniz işi zövqlə edin!
- https://ods.od.nih.gov/factsheets/Calcium-Consumer/




