Alimlər çoxsaylı kütləvi yanlış təsəvvürləri təkzib edərək, insanın immun sistemini araşdırmaq və anlamaq üçün əvvəlkindən daha çox səy göstərirlər.
İmmunitetlə bağlı ən çox yayılmış miflərdən bəzilərinə və işlərin əsl vəziyyətini nəzərdən keçirək.
MİF № 1 İMMUNİTET GÜCLƏNMƏLİDİR
HƏQİQƏT:
İnsanlar (və yalançı mütəxəssislər) hər zaman “immunitet sistemini gücləndirmək” haqqında danışırlar.
Lakin söhbət immunitet sistemindən getdiktə, “gücləndirmək” sözü tamamilə uyğun deyil. “Gücləndirmə” leykositlərin sayının artması və ya daha güclü immun cavabı mənasını verə bilər. İmmun cavabına gəldikdə, bu faydalı reaksiya həqiqətən həddindən artıq ola bilər. Məsələn, həddindən artıq aktiv immun sistemi olduqca adi, zəhərli olmayan maddələrə qarşı allergik reaksiyaların inkişafına kömək edir, qanda leykositlərin yüksək səviyyəsi isə infeksiya və ya allergiyanın mövcudluğunu göstərə bilər və ya yanaşı xəstəliyin əlaməti ola bilər.
Bunun əvəzinə balanslaşdırılmış immunitet sistemi aktiv şəkildə dəstəklənməlidir. Bunu etməyin ən yaxşı yolu – kifayət qədər yatmaq, müntəzəm idmanla məşğul olmaq və sağlam, balanslı pəhriz saxlamaq. Siz həmçinin immunitetinizi optimallaşdırmağa və immun sisteminin tərkibində leykositlərin funksiyasını dəstəkləməyə kömək edəcək C vitamini Ester-C kimi əlavə vitaminlər qəbul edə bilərsiniz.
MİF № 2 GÜCLÜ İMMUNİTET SİSTEMİNİZ VARSA, DİQQƏTLİ OLMAĞA EHTİYAC YOXDUR
HƏQİQƏT:
Özünüzü sağlam hiss etməyiniz immun sisteminizin yenilməz olması demək deyil. Son illərdə əkizlər üzərində aparılan araşdırmalar, immun sağlamlığı daha çox valideynlərimizdən miras aldığımız irsiyyət deyil, həyat vərdişlərimiz və təcrübələrimizlə müəyyən ediildiyini göstərdi.
Başqa sözlə desək, həyatımız boyu immun sistemi gələcəkdə orqanizmi necə qoruya biləcəyinə dair yeni xatirələr yaradır və saxlayır. İmmun sistemi daim öyrənir və məşq edir. “Güclü immunitetiniz” olduğuna əmin olsanız belə, o, bu çətin məsələnin həllində bəzi əlavə dəstəklərdən istifadə edə bilər.
Həmişə əllərinizi yumağı unutmayın və immunitet sistemi üçün vacib qida olan – D vitamininə laqeyd yanaşmayın.
MİF № 3 FİZİKİ MƏŞQLƏR İMMUN SİSTEMİNİ ZƏİFLƏDİR
HƏQİQƏT:
Daimi mötədil fiziki məşqlər təkcə ümumi sağlamlığı və rifahı yaxşılaşdırmır, həm də immun sisteminə birbaşa yardım edə bilər. Fiziki məşqlərin, leykositləri daha aktiv hərəkət etməyə vadar etməklə onlari öz vəzifələrini effektiv yerinə yetirməyə imkan verən qan dövranını yaxşılaşdırdığını xatırlatmaq belə kifayətdir.
MİF № 4 YEMƏK ÇOX ZƏRƏRLİ OLMADIĞI MÜDDƏTCƏ TAM OLARAQ NƏ YEDİYINIZ ƏHƏMIYYƏT KƏSB ETMİR
HƏQİQƏT:
Fri kartofu salatla əvəz etmək və ya əlavə pendirdən imtina etmək – belə qərar mütləq doğrudur, lakin bu immun sisteminiz üçün kifayət deyil.
Rasionunuz immun sisteminiz üçün iki səbəbə görə vacibdir: 1) orqanizm özünü enerji ilə təmin etmək üçün kifayət qədər qida qəbul etməlidir; 2) İmmun sisteminə, öz potensialını tam olaraq həyata keçirmək üçün düzgün qida maddələrini tələb olunur.
“Göy qurşağını yemək” konsepsiyası – balanslaşdırılmış qida rasionunu yaratmağın bir yoludur, lakin bu, kifayət qədər miqdarda zəruri qida maddələrinə nail olmaq üçün kifayət olmaya bilər. Həll yolu – C, D, E vitaminləri və sink kimi sağlam immuniteti dəstəkləyən əsas qida maddələri ilə rasionu cürbəcür etməkdir.
MİF № 5 SÜRƏTLİ ÇƏKİ İTKİSİ İMMUNİTETİNİZİ GÜCLƏNDİRƏCƏK
HƏQİQƏT:
Arıqlıq və sağlamlıq anlayışları çox vaxt eyniləşdirilir. Bununla belə, sürətli çəki itkisi çox vaxt ciddi pəhriz və intensiv fiziki məşqlərə riayət etməklə əldə edilə bilər. Pəhriz və fiziki aktivlik vacib olsa da, çəki itirmək düzgün qidalanmamaq və ya kifayət qədər istirahət etməmək hesabına baş verməməlidir.
İMMUN SİSTEMİNİ NECƏ DƏSTƏKLƏMƏK OLAR
STRESƏ NƏZARƏT EDİN
Gərəksiz stresin qarşısını almağı öyrənmək onun öhdəsindən gəlməyin ilk addımdır. Gündəlik həyatınızda tez-tez qarşılaşdığınız stres faktorları haqqında düşünün və bu streslərin baş verməsinin qarşısını necə ala biləcəyinizə qərar verin.
DOYUNCA YATIN
Hamımız bu səhvə yol vermişik: gecə saatlarda başımızla YouTube-un qara dəliyinə dalırıq və bir anda səhərin necə gəldiyini fərqinə varmırıq! Lakin keyfiyyətli gecə yuxusu – immun sisteminizi dəstəkləməyin ən təsirli yollarından biridir. Əgər bütün səylərinizə baxmayaraq, gecədə tövsiyə olunan 7-9 saat yuxu ala bilmirsinizsə, yuxu keyfiyyətinizi yaxşılaşdırmaq üçün bir neçə sadə üsulları dənəyə bilərsiniz:
- Hər gün eyni vaxtda yatın və oyanın.
- Yatmazdan 1-2 saat əvvəl ekranlı cihazlardan istifadə etməkdən çəkinin.
- Gün ərzində fiziki məqlə məşğul olun.
- Gün ərzində kofein qəbulunuza nəzarət edin(axşam 19:00-da qətiyyən qəhvə içməyin!).
SƏMƏRƏLİ QİDALANIN
Səmərəli qidalanmaq yeməyə oturmazdan əvvəl nə yediyinizi düşünmək və həmişə istehlak etdiyiniz qida maddələrini nəzərə almaq deməkdir.
Pəhriz yalnız görünüşünüzə deyil, həm də immun sistemi kimi orqanizmin daxili komponentlərinə təsir edir. Sağlam pəhriz immun sisteminin optimal işləməsi üçün vacibdir. Qaragilə, brokoli, ispanaq və sarıkök kimi antioksidantla zəngin məhsulların qəbulunu artırın. Hətta tünd şokoladın belə antioksidant xüsusiyyətlərə malik olduğu məlumdur!
SİSTEMATİK MƏŞQ EDİN
Marafon qaçmaq və ya Everestin zirvəsinə qalxmaq məcburiyyətində deyilsiniz. Axşam gəzintisi və ya velosiped sürmə kimi müntəzəm mötədil fiziki fəaliyyət güclü immun sistemini qorumağa kömək edir.
ƏLLƏRİNİZİ TEZ TEZ YUYUN
İmmun sistemini gücləndirən vasitələrin siyahısı əllərin yuyulmasından bəhs etmədən tamamlanmaz! Hesab olunur ki, əllərinizi yumaq əlifbanı iki dəfə təkrarlaya biləcəyiniz bir müddət çəkməlidir, lakin sevdiyiniz mahnını oxumaq daha əyləncəli olacaq və eyni vaxt aparacaq.
C VİTAMİNİ VƏ SİNK OLAN QİDA ƏLAVƏLƏRİ
C vitamini və sink – immun sistemini gücləndirən iki ən yaxşı köməkçinizdir. Vitamin C sərbəst radikallarla mübarizə aparan güclü antioksidantdır. Bundan əlavə, immun sisteminin ən vacib komponentlərindən biri olan leykositlərin fəaliyyəti üçün vacibdir. Sink həmçinin düzgün immun funksiyasını dəstəkləyir və bədəninizin sərbəst radikallarla mübarizəsində mühüm rol oynayır.
Solqarın çeşidində C vitamini müxtəlif formalarda olur, ona görə də özünüzə uyğun olan variantı asanlıqla seçə bilərsiniz. Əlavə sink mənbəyi olaraq Solgar-dan sink Pikolinatını nəzərdən keçirməyi təklif edirik.
BİGANƏ QALMAYIN!
İmmun sistemimizin sağlamlığını yalnız xəstəlik mövsümündə düşünməyə meyilli olsaq da, əslində sevdiyimiz işlərdən aramız kəsilməsin deyə immun sistemimiz fasiləsiz və ya istirahət günləri olmadan işləyir. Ona görə də immunitetimiz təmin edilən müdafiəyə görə bizdən heç bir minnətdarlıq tələb etməməsinə baxmayaraq, idman etməklə, kifayət qədər yatmaqla, lazım olduqda yüksək keyfiyyətli vitaminlər qəbul etməklə ona lazımi dəstəyi verməliyik.





